"ASAN ödəniş" terminalları iki gün işləməyəcək - XƏBƏRDARLIQ
Bizi izləyin

Qırmızı.az

"ASAN ödəniş" terminalları iki gün işləməyəcək - XƏBƏRDARLIQ

Bu gün və sabah görülən profilaktik tədbirlərlə əlaqədar “ASAN xidmət” mərkəzlərində və ictimai yerlərdə quraşdırılmış “ASAN ödəniş” terminalları xidmət göstərməyəcək.

Bu barədə ASAN xidmət mərkəzindən Publika.az-a məlumat verilib.

Məlumatda bildirilir ki, vətəndaşların qeyd olunan müddət ərzində www.asanpay.az portalı üzərindən ödənişləri həyata keçirməsi də mümkün olmayacaq.

Qeyd edək ki, “ASAN ödəniş” sistemi vasitəsilə vətəndaşlar inzibati cərimələr və məhkəmə qərarlarının icrası üzrə ödənişləri terminallar və www.asanpay.az portalı vasitəsilə həyata keçirə bilərlər. İlkin mərhələdə yalnız Yol Hərəkəti Qaydalarının (YHQ) pozulmasına görə cərimələrin ödənişi mümkündür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm