“Adi traktorum da olmayıb” – AZAL-ın sabiq şefi DANIŞDI - ÖZƏL
Bizi izləyin

Qırmızı.az

“Adi traktorum da olmayıb” – AZAL-ın sabiq şefi DANIŞDI - ÖZƏL

“Adi traktorum da olmayıb” – AZAL-ın sabiq şefi DANIŞDI - ÖZƏL

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) sabiq prezidenti Ədalət Əliyev bəzi mətbu orqanlarda onun AZAL-ın baş direktoru Cahangir Əsgərovla münasibətlərində gərginlik olması barədə mətbuatda yazılanlara münasibət bildirib.

Sabiq AZAL şefi Ə.Əliyev Publika.Az-a açıqlamasında deyib ki, bu barədə yazılanlar həqiqəti əks etdirmir: “Mənim o adamla heç bir problemim olmayıb. İndi də Cahangir Əsgərovla heç bir münasibətim yoxdur. Mən 1996-cı ildən AZAL-dan getmişəm.

Sonra bir müddət Moskvada işlədim, 2002-ci ildə isə Bakıya qayıdıb pedoqoji fəaliyyətlə məşğul oluram. İndi Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoruyam, hazırda da burada çalışıram”.

Ə.Əliyev AZAL-ın rəhbəri olduğu vaxtlarda belə şəxsi təyyarəsinin olmadığını söyləyib: “Mənim heç zaman şəxsi biznesim, təyyarəm və sairə olmayıb. Heç mənim adi traktorum da olmayıb. O vaxtları da imkansız adam olmuşam”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm