Qırmızı.az
Jurnalist də həmin qadınların toruna düşdü
Bu gün “Qafqazinfo”da “Bakıda kişiləri tələyə salan
seksi qadınlar” adlı yazı dərc olunmuşdu. Həmin yazı böyük
rezonansa səbəb olub. Əvvəlcə onu deyək ki, DİN yazı ilə bağlı
reaksiya verərək məsələnin araşdırılacağını bildirib. Məlumat üçün
deyək ki, həmin yazıda “Qafqazinfo”ya müraciət edən şəxslərdən
birinin problemi əks olunub. Oxucu "odnoklassniki.ru" saytı
vasitəsilə Bakıda fəaliyyət göstərən "Anadolu" restoranı ilə üzbəüz
yerləşən bardan şikayət edərək orada başına oyun gətirildiyini
bildirmişdi. Şikayətçi qızlar tərəfindən aldadılaraq həmin əraziyə
aparıldığını və soyğunçuluğa məruz qaldığını deyib. Həmin yazının
tam mətni ilə saytımızda tanış ola bilərsiniz.
Həmin yazı saytda işıqlandırıldıqdan sonra 20 minə qədər oxucu tərəfindən oxunub və tənqid olunub. Eyni zamanda, həmin obyektdən əziyyət çəkən xeyli sayda oxucu redaksiyaya müraciət edərək problemlərinin işıqlandırılmasını istəyiblər. Hal-hazırda bununla bağlı saytda ikinci material da yerləşdirilib.
Bu arada hadisəni araşdırmaq məqsədilə həmin əraziyə yollanan “İnterpress” saytının əməkdaşının başına da maraqlı iş gəlib. Saytdan “Qafqazinfo”ya zəng edərək bildiriblər ki, bu yazını portalımızda oxuyandan sonra həmin əraziyə əməkdaş göndərmək qərarına gəliblər. Səxavət Məmməd adlı əməkdaş ora getdikdən sonra eyni situasiya ilə üzləşib. Qapını arxadan bağlayaraq ondan 130 manat ödəməyi tələb ediblər və hazırda həmin əməkdaşı barda girov saxlayırlar.
-
Elm və təhsil21:24
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ / VİDEO
-
Gözəllik21:12
Süni intellekt gözəli 20 min dollar MÜKAFAT ALACAQ
-
Magazin121:00
Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı: "Gördünüzmü?..."
-
Avropa20:12
Göyərtəsində sərnişinlərin olduğu təyyarəni İLDIRIM VURDU
-
Sosial19:46
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi - FOTO
-
Kriminal19:12
Borcu ödəməmək üçün tanışını öldürdü
-
Magazin118:48
Röya Ayxan bu tarixdə ƏRƏ GEDİR - VİDEO
-
Səhiyyə18:12
Azərbaycanda uşaqlarla bağlı yeni tibbi mərkəz YARADILDI - FOTO