Qırmızı.az
Bakıda 100 min il yaşı olan kərgədan sümükləri tapıldı - FOTO
Bakı Avropa Liseyinin 11-ci sinif şagirdləri Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun H.Zərdabi adına Təbiət Tarixi Muzeyinin Binəqədi fauna və flora qəbiristanlığında olublar.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, orada muzeyin əməkdaşları onlar üçün tədqiqat və təcrübə mühiti təşkil ediblər. Məktəblilər buz dövründən qalmış və 100 min ildən çox yaşı olan paleontoloji ərazidə 3 ay qazıntılar aparıblar. "Sabahın alimləri" müsabiqəsi çərçivəsində həyata keçirilmiş çöl işləri zamanı gələcəyin tədqiqatçıları kərgədanın qabırğa və bud sümüklərini, quşların kəllə və digər hissələrini, həmçinin yüzlərlə böcəklər aşkarlayıblar. Liseyin fəalları müsabiqədə respublika üzrə 3-cü yerə layiq görülüblər.
Muzey may ayında açıq muzey həftəsində 2700-dən çox şagird, müəllim və valideyn qəbul edib. Abşeron yarmadasında yaşayan ziyarətçilər 50-dən çox məktəbi təmsil ediblər. Məktəblilərə muzeyin kolleksiyası, o cümlədən onurğalı və onurğasız heyvanlar, faydalı qazıntı tapıntıları haqqında geniş məlumat verilib.
Bundan əlavə, 6 universitetin ümumən 150-dən çox tələbəsi də muzeyi ziyarət edib.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...