• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Qənirə Paşayeva İraqda səfirliyimizin fəaliyyətə başlamasını təklif etdi

Qənirə Paşayeva İraqda səfirliyimizin fəaliyyətə başlamasını təklif etdi

Bu gün Parlamentin iclasında millət vəkili Qənirə Paşayeva Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasportlara malik şəxslərin vizasız gediş-gəlişi haqqında Sazişin təsdiq edilməsi barədə qanun layihəsi ətrafında çıxış edib.

Publika.Az-ın məlumatına görə, millət vəkili İraqda yaşayan və sayları təxminən 3 milyon soydaşlarımızın Azərbaycanın İraqda səfirliyinin fəaliyyətə başlaması xahişi ilə daim çıxış etdiklərini və cənab Prezident İlham Əliyev tərəfindən 2010-cu ildə bu istiqamətdə imzalanmış sərəncamı çox yüksək qimətləndirdiklərini bildirib. Millət vəkili Qənirə Paşayeva Azərbaycanla İraq arasında bütün istiqamətlərdə münasibətlərin inkişaf etdiyini deyərək bildirib ki, istər Azərbaycan parlamentinin, istər İraq parlamentinin bu ölkələr üzrə parlamentlərarası işçi qruplarının əlaqələri genişlənməkdə, İraq və Azərbaycan parlamentarilərinin bir birlərinə qarşılıqlı səfərləri artmaqdadır:

“Lakin çox təəssüflər olsun ki, Azərbaycanın indiyə qədər İraqda səfirliyi fəaliyyətə başlamayıb. Bununla bağlı cənab Prezidentin imzaladığı qanun layihəsi və sərəncam var və biz Xarici İşlər Nazirliyimizi İraqda yaşayan soydaşlarımızın da istəklərini də nəzərə alaraq, yaxın zamanlarda bu ölkədə səfirliyimizin fəaliyyətə başlaması işini həyata keçirməyə çağırırq”.

Q. Paşayeva deyib ki, İraqda 3 milyon türkmən yaşayır:

“Türkmənlərlə Azərbaycan türklərinin dili 98 faiz eynidir. O insanlar İraqda Azərbaycanın səfirliyinin fəaliyyətə başlamasını çox istəyirlər və bunun iki ölkə arasında münasibətlərin inkişafına da öz töhfəsini verəcəyini deyirlər. Eyni zamanda bütün İraq xalqını təmsil edən İraq parlamenti, onun İraq-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri də bizimlə görüşdə bunu xahiş edirlər və bildirirlər ki, bu, İraq-Azərbaycan münasibətlərinin daha da inkişafına öz müsbət töhfəsini verər.” Millət vəkili həmçinin hər il yüzlərlə azərbaycanlının özəlliklə İraqda dini ziyarətgahları, Nəcəfi, Kərbəlanı, Kufəni ziyarət etdiyini deyərək səfirliyimizin fəaliyyətə başlamasının ümumilikdə çox vacib olduğunu deyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR