“Azərişıq”dan vətəndaşlara BÖYÜK ZƏRBƏ: Binanın bütün sakinlərinin...
Bizi izləyin

Qırmızı.az

“Azərişıq”dan vətəndaşlara BÖYÜK ZƏRBƏ: Binanın bütün sakinlərinin...

Bakı şəhəri Nizami rayonu, Qara Qarayev küçəsi, 94-cü bina, 5-ci blokun sakinləri qəribə problemlə üzləşiblər.

Sakinlər bununla bağlı saytımızın "Poçt qutusu"na yazıblar

Publika.az xəbər verir ki, sakinlərin yaşadıqları binaya elektrik enerjisinin nəqlində nöqsanlar olduğundan onlar tez-tez xərcə düşürlər.

Sakinlərin sözlərinə görə, elə bunun ucbatından bir sıra ev avadanlıqları sıradan çıxıb.

94-cü binanın 5-ci blokunda, mənzil 66-da (mənzil Sakin Hüseynova məxsusdur) mayın 14-də stol lampası tüstüləyib partladı. Sakinlər bunun nə olduğunu əvvəlcə başa düşməyiblər. Sakinlər elə bilib ki, lampada nasazlıq var. Saat 19 radələrində isə digər avadanlıqlar da sıradan çıxdı. Stabilizatorda göstərilən voltaj 0-dan 300-dək qalxıb enirdi. Onlar "Azərişıq" ASC-nin Nizami rayon filialına zəng edərək (012-421-10-26 nömrəli telefona) onlara bu problem haqqında xəbər veriblər. Hətta "Azərişıq" ASC-nin 199 "Qaynar xətt"inə də zəng ediblər. Qarşı tərəfdən bildirilib ki, blokda təmir işləri aparılıb və faza düzgün qoşulmayıb.

Bütün bunların nəticəsində mənzildəki kondisionerin platası (qiyməti 100 manatdır), paltaryuyan maşının platası (800 manat), vafli bişirən aparat (50 manat), iki telefon adaptoru (12 manat) sıradan çıxıb və ailəyə bir neçə yüz manat ziyan dəyib.

Mənzil 57-də (Sadiq Həsənovun yaşadığı mənizl) yaşayan sakinlər bildirirlər ki, mayın 10-da "Azərişıq" ASC-nin işçiləri blokda təmir işləri apardıqdan sonra işıq ya həddən artıq güclü idi ya da zəif. "Azərişıq" ASC-nin Nizami rayon filialına zəng edib elektrik enerjisinin verilməsində problemin olduğunu bildiriblər. Operator söylədiklərini qeydə aldığını dedi. Amma mayın 14-ə kimi heç bir tədbir görülməyib. Nəticədə radioqəbuledici (qiyməti 30 manatdır), ev lampaları (qiyməti 30 manatdır), ventilyator (qiyməti 30 manatdır) yandı.

Mənzil 58-də (Ulyana Əsgərova) yaşayan sakinlər də ziyana düşüblər. Elektrik enerjisinin nəqlində yaranmış nöqsanlarla əlaqədar olaraq mənzildəki "AEK" firmasının mikrodalğalı sobası (qiyməti 1200 manatdır), iki çilçıraq və DVD (50 manatdır), 2 adaptor (qiyməti 12 manat) sıradan çıxıb və ailəyə bir neçə yüz manat ziyan dəyib.

Mənzil 67-də (sakin Nuriyyə Mehdiyeva) kombi aparatı (qiyməti 1000 manat), soyuducu (55 qiyməti manat) sıradan çıxıb.

Mənzil 62-də (Rüstəm Yusifov) kombi (75 manat), noutbuk (400 manat), vay-fay modem (38 manat), mobil telefon adaptoru (10 manat) yanıb və ailəyə ziyan dəyib.

Mənzil 69-da (Larisa Nəsibova) hidroflor (100 manat), musiqi mərkəzi (780 manat) sıradan çıxıb.

Mənzil 70-də (Lyudmila Aristarxova ) isə telefon adaptoru (8 manat) yanıb.

Məsələ ilə əlaqədar qarşı tərəfin də mövqeyini öyrəndik. "Azərişıq" ASC-dən bildirdilər ki, bununla bağlı araşdırmalar aparılır.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm