• USD 1,7001 0,00% EUR 2,0116 +0,66%
    • GBP 2,2843 +0,83% RUB 0,0290 +1,03%

Kəmaləddin Heydərov Saatlıda qəbul keçirdi - FOTO

Kəmaləddin Heydərov Saatlıda qəbul keçirdi - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov mayın 27-də Saatlı şəhərində Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında vətəndaşları qəbul edib.

Publika.az xəbər verir ki, qəbuldan əvvəl nazir Kəmaləddin Heydərov və Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstləri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Nazirliyin müvafiq icra strukturu rəhbərlərinin iştirak etdiyi qəbulda Saatlı, Sabirabad, Hacıqabul və İmişli rayonlarının sakinlərinin müraciətlərinə baxılıb.

Müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib. Bölgə vətəndaşlarının bir qismi, həmçinin nazirliyin müvafiq qurumlarının rəhbərləri tərəfindən qəbul olunub.

Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Qəbula gələn sakinlər nazirlə birbaşa görüş üçün yaradılmış şəraitdən məmnun qaldıqlarını söyləyib və bölgələrdə bu cür qəbulların təşəbbüskarı olan Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>