Qırmızı.az
İtaliya jurnalı Azərbaycanın turizm potensialından yazıb
İtaliyanın məşhur “FEM” jurnalında jurnalist LukretsiyaFerrante “Bakı, gözləmədiyin Şərq, sürprizlərlə zəngin şəhər” adlı məqaləsi dərc edilib.
Publika.az xəbər verir ki, məqalədə müəllif ölkəmiz haqqında, onun mədəniyyəti, ədəbiyyatı,mətbəxi, yerləşdiyi coğrafiya, tarixi, iqtisadi inkişafı və potensialı barədə məlumat verərək, Bakının və ümumiyyətlə, Azərbaycanın turizm imkanlarından danışılıb. Ölkədə yaradılmış turizm infrastrukturu, bu imkanların tanıdılması məqsədilə Birinci Avropa Oyunları və Milan EXPO-dakı pavilyonumuzun yüksək səviyyədə təşkil olunduğunu və yaxın günlərdə Formula 1 Avropa Qran Prisinin paytaxtımızda keçirilməsinin növbəti əlamətdar hadisə olacağını qeyd edir. Daha sonra Bakının memarlığından bəhs edərək, onun Şərqlə-Qərbin, keçmişlə-müasirliyin zövqlü qarışığı olmasına toxunur, Qız Qalası, Şirvanşahlar sarayı, Heydər Əliyev Mərkəzi, FlameTowers, Bayraq Meydanı və digər memarlıq cəhətdən əhəmiyyəti olan yerlər barədə məlumat verir.
Məqaləsində ölkəmizin regionlarının turizm imkanlarına da yer verən müəllif, italiyan turistlərə Şahdağ və Tufandağ dağ-xizək kompleksləri, Quba, Qəbələ, Gəncə və Şəki rayonlarında yaradılmış turizm infrastrukturu və imkanlarından danışır, bu yerləri ziyarət etməyi tövsiyə edir.
Sonda müəllif Azərbaycan-İtaliya əlaqələrindən bəhs edərək, onun yüksək səviyyədə olduğunu vurğulayır,münasibətlərin iki ölkə arasında hərtərəfli əməkdaşlığı əhatə edən, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 13-15 iyul 2014-cü il tarixlərində İtaliyaya rəsmi səfəri zamanı İtaliya Baş naziri MatteoRenziilə birgə qəbul edilmiş “Azərbaycan Respublikası və İtaliya Respublikası arasında strateji əməkdaşlıq haqqında Bəyannamə”yə əsaslandığını bildirir.
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR