Kəmaləddin Heydərov Kürdəmirdə vətəndaşlarla görüşdü
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərov Kürdəmirdə vətəndaşlarla görüşdü

Kəmaləddin Heydərov Kürdəmirdə vətəndaşlarla görüşdü

Azərbaycanın Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov aprelin 4-də Kürdəmir Dövlət Yanğından Mühafizə Hissəsində vətəndaşları qəbul edib. “Axar.az” xəbər verir ki, nazir qəbulda iştirak edən Kürdəmir, Göyçay, Ucar və Zərdab rayon sakinlərini, eləcə də həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünləri dinləyib.

Qəbulda FHN-in fəaliyyəti ilə bağlı vətəndaşların müraciətlərinə baxılıb, məsələlərin bir çoxu yerindəcə həllini tapıb.

Bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, işlə təmin edilmə və digər məsələlərlə bağlı müraciət edən vətəndaşlar nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm