Azərbaycan III Afrika-Avropa Gənc Liderlər Sammitində təmsil olundu
Bizi izləyin

Qırmızı.az

Azərbaycan III Afrika-Avropa Gənc Liderlər Sammitində təmsil olundu

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Ramiz Əliyev 30 mart–2 apreldə III Afrika-Avropa Gənc Liderlər Sammitində iştirak edib.

Publika.Az-ın məlumatına görə, Belçikanın paytaxtı Brüsseldə baş tutan tədbirdə Afrika və Avropanın gənclər təşkilatlarından 70 ölkədən 100 gənc nümayəndənin iştirakı ilə regional və qlobal problemlər müzakirə edilib. Əsas məqsədi Afrika-Avropa əməkdaşlığında gənclərin aktiv iştirakını təmin etmək və strateji tərəfdaşlığı inkişaf etdirməkdən ibarət olan bu Sammit “İnsanlar, rifah və Sülh” mövzusu altında həyata keçirilib, Birləşmiş Afrika-Avropa Strategiyasının qaydaları əsasında gənclərin inteqrasiyasının gücləndirilməsinə yönəldilib.

Hər iki qitədən qatılan gənc liderlər əsasən gələcək nəslin üzləşəcəyi problemlərin müəyyənləşməsinə və müzakirəsində iştirak edib. Gənc liderlərin müzakirə etdikləri əsas mövzular “Liderlik”, “Gənclərin məşğuliyyəti” və “Sülh üçün gənclik” mövzuları olub.

Tədbirin nəticəsi olaraq gənclər Afrika-Avropa əməkdaşlığı çərçivəsində layihələr, təkliflər irəli sürmüş, hər iki qitənin gənclər və gənclər təşkilatlarının imkanlarını müzakirə edib, qərarlar qəbul edib. Qəbul edilən qərarlar 3-4 apreldə baş tutan Afrika-Avropa ölkə rəhbərləri Sammitində səsləndirilib.

Bildirək ki, III Afrika-Avropa Gənc Liderlər Forumu Avropa Gənclər Forumu, Pan Afrika Gənclər Birliyi, Avropa Şurasının Məşvərət Şurası, Afrikada aktiv Beynəlxalq Gənclər Təşkilatları Şəbəkəsi (NIYOA) və Avropa Afrika Diaspora Gənclər Şəbəkəsi (ADYNE) tərəfindən idarə olunur.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm