Qırmızı.az
Şimşək çaxacaq, yağış da yağacaq
Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən xəbərə görə, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-19, gündüz 23-27 dərəcə isti, Bakıda gecə 17-19, gündüz 25-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 45-55 faiz təşkil edəcək.
Mayın 30-da Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 15-20, gündüz 26-31, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?