Azərbaycanda hər gün onlarla zəlzələ olur
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda hər gün onlarla zəlzələ olur

“Son üç ay müddətində Azərbaycanda 1200-1300 arasında zəlzələ qeydə alınıb”.

Bunu Anspress-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. O bildirib ki, son iki gündə iki zəlzələnin baş verməsi Hacıqabulda olan zəlzələ ocağı ilə əlaqədardır:

“Zaqataladakı zəlzələ zəif təkandı. Onun maqnitudası 2,6 idi. Bu təkan 2012-ci ildə baş vermiş ocağın əlamətidir. Xəzər dənizində baş verən zəlzələlərə gəldikdə isə ən kiçik təkan olduqda belə seysmologiyanın saytında yerləşdiririk. Çünki biz beynəlxalq təşkilatlar qarşısında öhdəliklər götürmüşük və buna görə məlumatların hamısını saytda yerləşdiririk. Yəni bu təkanlar elə də qorxulu deyil. Bunların arasında zəif təkanlar da var, güclüləri də var. Fevral ayında Hacıqabulda baş verən zəlzələ bütün respublikanı silkələdi. Həmçinin şimalda Xəzərdə baş verən zəlzələ də ətraf rayonlarda 3 bala kimi hiss olunmuşdu. Bu Hacıqabulda olan təkan dərinlikdə baş verdiyi üçün bütün aktivlik olan ocaqlarda prosesləri sürətləndirib. Amma yenə də qeyd edirəm ki, bu aktivlik kiçik xırda təkanlarla müşahidə olunur və bu təbii prosesdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm