• USD 1,7009 +0,01% EUR 2,0003 -0,39%
    • GBP 2,1810 -0,46% RUB 0,0288 0,00%

Bakıda deputatı taksi sürücüsünə oxşadıb qovdular

Bakıda deputatı taksi sürücüsünə oxşadıb qovdular

Milli Məclisin gənc deputatı Elşən Musayev Bakıda taksi sürücüsü tərəfindən təzyiqə məruz qalıb.

Avtosfer.az bildirir ki, deputat başına gələnləri "Facebook" profilində yazıb. Elşən Musayevin yazdıqlarını olduğu kimi təqdim edirik:

- O gün maşını marketin qarşısında saxlamışam. Gördüm biri üzərimə hövlanək gəlir:

- Qaqaş, götür buradan maşını. Bura bizlikdi.

- Kimsiz siz, nəçisiz, niyə sizlikdi?

- Taksi "şofer"iyəm. Burada bizdən başqa kimsə "taksovatlıq" edə bilməz. Yığışdır maşını.

- Ay qardaşım, mən taksi sürmürəm, 5 dəqiqəlik işim var, dəyib qayıdıram.

- Sən canın bəsdir görək, elə hamı sənin kimi deyib sonra özünə yer edir. Yaxşı, söz güləşdirmə. Götür maşını.

- Getməsəm neyləcəksiz?

- Hər halda çox pis olar sənin üçün. Özü də belə mədəni danışma. Qıraqdan baxan elə bilər nazir, deputat zadsan....

***

Əvvəl bir az pis oldum. Gərildim. Amma yenə də sürüb getdim. Onu incidəcək bir söz demədim. Desəm, kompleksə girərdim. Dəqiq! Elə bilərdim gücüm elə taksi şoferinə çatır. Öz qüdrətimi onun üzərində bərqərar edirəm.

***

Adam mənimlə sonacan "sən"lə danışdı. Mənsə "siz"lə.

***

Amma gedərkən güzgüdən simasına baxdım və...üzündə qəribə bir təbəssüm sezdim. Məni qorxutduğunu, bu işi bacardığını, növbəti rəqibini zərərsizləşdirdiyini zənn edib əməllicə sevinirdi. Hətta qamətində, duruşunda müdhiş bir əda, bir özgüvən, bir özünü təsdiq əlaməti vardı...

O an artıq dəqiq özümü qınamadım. "Nə yaxşı uzaqlaşdım" deyə düşündüm. Çünki hər kəsin bir yerlərdə güclü olduğunu düşünməyə, bəzənsə ən kiçik şeylərdən xoşbəxt olmağa haqqı var. O haqq mənim iki-üç kəlmə neqativ söz eşitməyimlə, yüz metr o yana getməyimlə öz həllini tapacaqsa, ödəniləcəksə, olsun!

Razıyam. Həm də 2 əlli razıyam...

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>