Bidzina İvanişvilidən Azərbaycan çağırışı
Bizi izləyin

Qırmızı.az

Bidzina İvanişvilidən Azərbaycan çağırışı

Gürcüstanın sabiq baş naziri, ölkənin "boz kardinalı" Bidzina İvanişvili Azərbaycanla bağlı çağırış edib.

ANS-in məlumatına görə, İvanişvili mətbuata açıqlama verərək ölkəsini Azərbaycanla münasibətləri dərinləşdirməyə çağırıb:

"Biz Gürcüstanın maraqlarına toxunmadan Rusiya ilə münasibətləri normallaşdırmaq üçün əlimizdən gələni edəcəyik. Bundan başqa, biz mühüm tərəfdaş və dostlarımız - Türkiyə, Azərbaycan və Ermənistanla əlaqələrimizi dərinləşdirəcəyik", - deyə məktubda yazıb.


Sabiq baş nazir deyib ki, biz yaxşı anlamalıyıq ki, Gürcüstanın Avropa İttifaqına qəbulu məsələsi yaxın gələcəkdəki gündəlikdə yoxdur.

"Biz NATO-ya üzv olmaq üçün də müəyyən vaxt gözləməliyik, çünki bu mürəkkəb geosiyasi prosesin bir hissəsidir və bizim arzumuz və hazırlığımızdan asılı deyil", - deyə İvanişvili yazıb.


İvanişvili baş nazir olduğu vaxt Azərbaycana aşağı qiymətə qaz tədarük etdiyinə görə təşəkkür etdiyi halda hazırda hökumətin Rusiyadan qaz ixrac etməsini dəstəkləyir. Onun sözlərinə görə, hökumətin Rusiyadan qaz almasında heç bir təhlükə yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm