Metro iş rejimini dəyişəcək
Bizi izləyin

Qırmızı.az

Metro iş rejimini dəyişəcək

Bakı Formula 1 Avropa Qran Prisi günlərində “Bakı Metropoliteni” gücləndirilmiş rejimdə işləyəcək.

Bu barədə Publika.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, yarış günləri metro səhər saat 06:00-dan gecə 02:00-dək işləyəcək.

“Həmin günlər "28 May", "Sahil" və "İçərişəhər" metro stansiyalarında yarış ərazisinə yaxın olduğuna görə, gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Bu stansiyalarda girişə saat 02.00-dək icazə veriləcək. Digərlərində isə 00.00-dək girişə, 02.00-dək çıxışa icazə veriləcək”.

Qeyd edək ki,iyunun 17-19-da Bakı şəhərinin mərkəzi küçələrində baş tutacaq "Formula 1" Avropa Qran Prisi keçiriləcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm