Qırmızı.az
Bakıda cərimə meydançasında maşınları kim yandırdı?
Abşeron rayonunda Bakı Şəhər Dövlət Yol Polisinin cərimə
meydançasında dayanmış, sahibləri məlum olmayan "Chrysler",
"Mercedes", "Mitsubishi" və "Ford" markalı minik avtomobillərinin
yanmasının səbəbi məlum olub.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin
rəisi Kamran Əliyev bildirdi ki, yanğın heç də təsadüf nəticəsində
baş verməyib:
"Yanğının baş verməsinə konkret şəxs səbəb olub. Belə ki, polis
əməkdaşları sərxoş vəziyyətdə avtomobil idarə edən sürücünü
nəqliyyat vasitəsi ilə birgə cərimə meydançasına (dayanacağa)
gətiriblər. Dayanacaqda həmin şəxs avtomobildən şəxsi əşyalarını
götürmək istədiyini bildirib və polis əməkdaşları da razılıq
veriblər. Sərxoş şəxsin maşınında butulkada benzin olub və maşından
həmin yanar maddəni götürərək öz avtomobilinin üzərinə tökərək od
vurub. Yanğının miqyası getdikcə genişlənib və ərazidəki
avtomobillərə də yayılıb. Əraziyə cəlb edilən Fövqəladə Hallar
Nazirliyi əməkdaşları tərəfindən yanğının qarşısı alınıb. Hadisəni
törədən sürücü tutularaq istintaqa cəlb edilib və barəsində cinayət
işi açılıb".
Şöbə rəisi onu da əlavə etdi ki, saxlanılan şəxsin məhkəməsi
olacaq və bundan sonra yanan avtomobillərə dəyən zərərin kim
tərəfindən ödəniləcəyi müəyyən ediləcək.
Onu da bildirək ki, əgər cərimə meydançasında saxlanılan avtomobillər ehtiyatsızlıq nəticəsində yanarsa və ya yararsız vəziyyət düşərsə, həmin zərər meydançanın təhlükəsizliyini təmin edən müəssisə tərəfindən ödənilir.
Cinayəti törədən şəxsi Abşeron rayon Polis İdarəsinin
əməkdaşları saxlasa da onun adı hələlik açıqlanmır.
Ötən gün axşam saatlarında Abşeron rayonunda yanğın hadisəsi baş
verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə,
Bakı Şəhər Dövlət Yol Polisinin cərimə meydançasında dayanmış,
sahibləri məlum olmayan "Chrysler", "Mercedes", "Mitsubishi"
markalı minik avtomobilləri naməlum şəraitdə alışaraq
yanıb.
Hadisə zamanı "Ford" markalı minik avtomobilinə də qismən zərər dəyib. Meydançadakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 01:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb. (anspress.com)
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?