Martın 30-da yağan qara silah sınağı səbəb olub?
Bizi izləyin

Qırmızı.az

Martın 30-da yağan qara silah sınağı səbəb olub?

“Martın 30-da yağan qar təbii hadisə idi. Bunu hansısa silahın sınaqdan keçirilməsi ilə əlaqələndirmək düzgün deyil”.

“Martın 30-da yağan qar təbii hadisə idi. Bunu hansısa silahın sınaqdan keçirilməsi ilə əlaqələndirmək düzgün deyil”.

Bu sözləri “Axar.az”a İqlim dəyişmələri və ozon mərkəzinin direktoru Gülmalı Süleymanov mart ayının 30-da hava şəraitinin hansısa silahın sınaqdan keçirilməsi səbəbilə pisləşməsi xəbərinə münasibət bildirərkən dedi. Onun sözlərinə görə, martın sonu üçün belə hava şəraiti ilk deyil:

“1971-ci ildə də belə bir hadisə olmuşdu. Bu, mayda da ola bilər. Çox az hallarda olan təbiət hadisəsidir. Ancaq baş verməsində heç bir qeyri-təbiilik yoxdur”.

Ekspert qeyd edir ki, hansısa silahın sınaqdan keçirilməsi zamanı bu qədər böyük ərazidə havanın kəskin şəkildə aşağı düşməsi mümkün deyil:

“Elə güclü silah yoxdur ki, 3 ölkənin ərazisində havanı tamamilə dəyişəcək gücdə olsun. Martın 30-da Gürcüstanda, Rusiyanın bir çox hissəsində də hava kəskin dəyişmişdi. Hansısa sınaqdan keçirilən silah bu qədər böyük ərazinin iqliminə təsir edə bilməz”.

G.Süleymanov bildirir ki, vaxtilə dolu buludlarının dağıdılması üçün silahlardan istifadə edilib:

“Ancaq elə hallarda kiçik bir ərazidə yağıntı ola bilər. Silahla havaya edilən müdaxilə kiçik miqyaslı olur”.

Qeyd edək ki, martın 30-da ölkədə havaların anidən pisləşməsi hansısa silahın sınaqdan keçirilməsi ilə əlaqədar olduğu iddia edilir. Məlumata görə, belə bir “təbii prosesi” yaratmaq üçün silahlardan istifadə olunub. Qarın yağması ilə paralel olaraq ildırımın çaxması müşahidə olunmayan hadisədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm