Hotellərə tələblər qoyuldu – Azərbaycanda
Bizi izləyin

Qırmızı.az

Hotellərə tələblər qoyuldu – Azərbaycanda

"Mehmanxanalara və mehmanxana tipli yerləşdirmə vasitələrinə tətbiq olunan minimal tələblər" üzrə Dövlət Standartı qüvvəyə minib

"Standartlaşdırma üzrə turizm və yerləşdirmə vasitələrinin xidmətləri" Texniki Komitəsi tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 14.01.2014-cü il tarixli, 004 saylı Əmri ilə təsdiq edilmiş, AZS 755-2014 nömrəli "Mehmanxanalara və mehmanxana tipli yerləşdirmə vasitələrinə tətbiq olunan minimal tələblər" üzrə Dövlət Standartı qüvvəyə minib.

Standart 15.01.2014-cü il tarixindən etibarən tətbiq edilir.

Publika.Az Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, “Mehmanxanalara və mehmanxana tipli yerləşdirmə vasitələrinə tətbiq olunan minimal tələblər” üzrə Dövlət Standartının əsas məqsədləri yerləşdirmə vasitələrində turistlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, təhlükəsizliyin təmin edilməsi və baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması, yerləşdirmə vasitələrində çalışanların peşə səviyyəsinin artırılmasından ibarətdir. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılan müvafiq monitorinqlər zamanı sənəddə göstərilən meyarlar monitorinqin keçirilməsi üçün əsas sorğu sənədi kimi istifadə olunacaq.

Mehmanxana və mehmanxana tipli yerləşdirmə vasitələrinə, həmçinin, turizm sənayesinin bütün nümayəndələrinə, turistlərə və turizm sahəsi ilə əlaqəli şəxslərə müvafiq sənədlə tanış olmaları və standartın tələblərinə riayət etmələri tövsiyə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm