Qırmızı.az
Jurnalistlərə YAXŞI xəbərimiz var : 800 manat qazana bilərsiniz
Azərbaycan Mətbuat Şurası Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) ilə birgə kütləvi informasiya vasitələri arasında “Əli bəy Hüseynzadə və türk dünyası” mövzusunda yazı müsabiqəsi elan edib.
Müsabiqənin məqsədi Əli bəy Hüseynzadənin 150 illik yubileyinin
keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı müvafiq
Sərəncama uyğun olaraq görkəmli mütəfəkkirin həyat və fəaliyyətinin
işıqlandırılmasına və təbliğinə dəstək verməkdir.
Müsabiqəyə aprelin 5-dən 30-dək qəzet, jurnal və informasiya
agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar
buraxılacaq. Burada dil və janr məhdudiyyəti nəzərdə tutulmayıb və
müəlliflər mövzuya yanaşma baxımından sərbəstdirlər.
Təqdimat zərfinə yazı təqdim edən şəxsin hansı kütləvi informasiya
vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti, onun əlaqə
vasitələri, yazının dərc olunduğu qəzet və jurnalın nüsxəsi,
informasiya saytının linki təqdim edilməlidir. 9-11 min işarədən (1
A3 formatlı qəzet vərəqindən) artıq yazılar qeydə alınmayacaq.
Material yazılı formada 3 nüsxədə (A4 formatlı kağız vərəqində),
həmçinin elektron formada (diskdə, Times New Roman şriftində)
müəllifin adı qeyd olunmamaqla aprelin 5-dən hər gün saat 10.00-dan
17.00-dək aşağıda göstərilən ünvana - Bakı şəhəri, Məmməd Araz 4
(köhnə Teymur Əliyev küçəsi, 38) Azərbaycan Mətbuat Şurasına şəxsən
təqdim edilməklə çatdırılmalıdır.
Müsabiqədə birinci yerə bir, ikinci yerə 2 və üçüncü yerə 3 qalib
seçilməklə, 6 nəfərə də həvəsləndirici mükafat nəzərdə tutulub.
Müsabiqədə birinci yerin sahibinə 800, ikinci yerin sahibinə 500,
üçüncü yerin sahibi isə 300 manat pul mükafatı təqdim ediləcək.
Həvəsləndirici mükafatların müəlliflərinə isə 100 manat
veriləcək.
Müsabiqə qaliblərinin adları 3 may - Türkçülük Günü ərəfəsində
açıqlanacaq.
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər