Təhsil Nazirliyinin elektron xidmətlərinə daha biri əlavə olunub
Bizi izləyin

Qırmızı.az

Təhsil Nazirliyinin elektron xidmətlərinə daha biri əlavə olunub

Təhsil Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin sırasına daha biri əlavə olunub.

Təhsil Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin sırasına daha biri əlavə olunub.

Təhsil Nazirliyindən bildiriblər ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsinin (nostrifikasiya) onlayn yoxlanılmasına (http://www.nostrifikasiya.edu.az/frontend/az/form) başlanıb.

Hazırda Təhsil Nazirliyi tərəfindən 5 interaktiv və 20 dən artıq informativ elektron xidmət (http://www.edu.gov.az/view.php?lang=az&menu=394&id=4411) göstərilir. Həmçinin təhsil müəssisələrinin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu, təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu, eləcə də təhsil sənədlərinin həqiqiliyinin onlayn yoxlanılması elektron xidmətlərinin göstərilməsi istiqamətində müvafiq işlər davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm