"Bu, hansı hərfdir?" - Şərqşünaslıq İnstitunun direktoruna sərt suallar
Bizi izləyin

Qırmızı.az

"Bu, hansı hərfdir?" - Şərqşünaslıq İnstitunun direktoruna sərt suallar

Ərəbşünas xanım deputat Gövhər Baxşəliyevanı sərt tənqid etdi

“Artıq bir həftədir ki, Bakıdan mənə çoxlu sayda zənglər gəlir və hər kəs bir sual verir: Ərəb dilində “ə” hərfi yoxdur? Mən də soruşanda bunu kim deyir? Bildirirlər ki, Milli Məclisin deputatı, AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitunun direktoru Gövhər Baxşəliyeva. Düzü inanmağım gəlmədi, ancaq zəng edənlər israrla bir neçə saytda Gövhər xanımın müsahibəsini oxumağı tövsiyə etdilər. Oxudum və Gövhər xanımın fikirləri məni təəccübləndirdi”.

Bu fikirləri Modern.az saytına açıqlamasında uzaq Birləşmiş Ərəb Əmirliklərinin paytaxtındakı Abu-Dabi Dövlət Universitetində çalışan azərbaycanlı ərəbşünas Şəhrizad bildirib.

O, Şərqşünaslıq İnstitutuna rəhbərlik edən alimin “ərəb dilində “ə” hərfi yoxdur!” deməsindən təəssüfləndiyini vurğulayıb. “Sadəcə olaraq bir neçə nümunə göstərəcəm: Ərəb dilində ənə-mən, , əsəd-şir və s. sözlərdə yazılan və oxunan hərf hansı hərfdir Gövhər xanım?

Müsahibənizdə Xətib Təbrizinin ərəb ədəbiyyatının banisi olduğunu deyirsiniz, bu da məni təəccübləndirdi...
Hörmətli Gövhər xanım, sizin verdiyiniz müsahibənizin hər bir cümləsi mübahisə obyektidir. Mən ərəb dilində bir çox kitabların, o cümlədən görkəmli şərqşünas alim Aida İmanquliyeva haqqında ərəb dilində olan “Covhərt Al Şarq” kitabının müəllifi Şəhrizadam. Sizinlə istənilən yerdə, istənilən məkanda polemikaya, debata hazıram.

Sonda onu da qeyd edim ki, bir il öncə Bakıya gəlişimdə görkəmli şərqşünas alim Vasim Məmmədəliyevlə görüşdüm və dialoqumuz məhz ərəb dilində oldu. Mən çox sevindim və fəxr etdim ki, Azərbaycanın Vasim Məmmədəliyev kimi savadlı şərqşünasları var!”-deyə azərbaycanlı ərəbşünas Birləşmiş Ərəb Əmirliklərindən Modern.az-a göndərdiyi məktubda bildirib.

Özü haqqında məlumat verən Şəhrizad Azərbaycanın Qarabağ bölgəsində doğulduğunu, atasının professor, anasının kimya elmləri doktoru olduğunu bildirib. Ərəbşünas xanımın sözlərinə görə, o, ali təhsilini Şeyx Zahid adına Al Ayen Dövlət Universitetində alıb, hazırda Abu-Dabi Dövlət Universitetində çalışır.


Şəhrizad xanımın sözlərinə görə, Ərəb Əmirliklərinin ictimai həyatında fəal iştirak edir. “Bacardığım qədər Qarabağ həqiqətlərini ərəb dünyasına çatdırmağa çalışıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm