Hakerlə əlbir olan media rəhbəri kimdir?
Bizi izləyin

Qırmızı.az

Hakerlə əlbir olan media rəhbəri kimdir?

Baş redaktora qarşı şok cinayət: Hakerlə əlbir olan media rəhbəri kimdir?

Tanınmış jurnalist, Axar.az saytının baş redaktoru Anar Niftəliyevin Facebook yazışmalarını oxuyurlar. Bu barədə Niftəliyev sosial şəbəkədəki profilində status yazıb. Bildirib ki, bu barədə MTN-ə şikayət edəcək:

“Facebook profilimdə qurdalananın nəzərinə: çat yazışmalarımı kopi edib, kimlərəsə göstərməyindən narahat deyiləm, çünki bütün yazışmalarımı özüm dərc etməyə hazıram. Amma indi diqqət edirəm ki, yenə profilimə soxulursan. Artıq bu tendensiya halını alır... Səndən MTN-ə mütləq şikayət edəcəm. Ona görə yox ki, yazışmalarımı ələ keçirməyindən və onu dost-düşmən qarşısına qoymağından narahatam; ona görə ki, sən əxlaqsız adamsan, cinayətkarsan, yaramazsan və bu qədər təhlükəli bir adamın cəzasız qalması cəmiyyət üçün təhlükəlidir. Səni mütləq ifşa edib, cəmiyyətə tanıdacam. İnan!”

Məsələ ilə bağlı AzNews.az saytına açıqlama verən Anar Niftəliyev bildirib ki, Facebook profilinin parolunu sındıran şəxs onun şəxsi yazışmalarını Azərbaycanda fəaliyyət göstərən KİV rəhbərlərindən birinə təqdim edib: “Mənim yazışmalarımı kopi edib, dost baş redaktorlardan birinə təqdim ediblər. Hələlik heç bir ad açıqlamaq istəmirəm. Müəyyən araşdırmalardan sonra ictimaiyyətə ətraflı məlumat verəcəyəm”.

AzNews.az-ın məlumatına görə, A.Niftəliyevin facebook profilini sındıran şəxs media rəhbərlərindən birinin tapşırığı ilə bu əməli həyata keçirib.

Mövzunu diqqətdə saxlayacağıq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm