Temperatur 14 dərəcə enəcək
Bizi izləyin

Qırmızı.az

Temperatur 14 dərəcə enəcək

Aprelin 6-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturunun gecə 2-4, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Bölgələrdə də hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti olacağı gözlənilir.

Aprelin 6-da Abşeron yarımadasında ötən günlə müqayisədə hava şəraitinin kəskin dəyişməsi, qısa müddətdə atmosfer təzyiqinin xeyli yüksəlməsi, güclü xəzri küləyi fonunda havanın temperaturunun kəskin enməsi meteohəssas insanlar üçün çox əlverişsizdir.


Aprelin 6-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Aprelin 6-da havanın temperaturu aprelin 5-i ilə müqayisədə 10-14 dərəcə aşağı enəcək.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm