Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul prosesi davam edir
Bizi izləyin

Qırmızı.az

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul prosesi davam edir

“Xüsusi qabiliyyət tələb edən abituriyentlər test imtahanı ilə yanaşı qabiliyət imtahanı da verir. Onların müvafiq ixtisasa yararlığı yoxlanacaq”.

Publika.Az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul prosesi hələ ki davam edir:

“Abituriyentlər TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyalarına (QİK) tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim etməklə seçmə turda iştirak edirlər. QİK-də abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və yoxlamadan müvəffəqiyyətlə keçənlər qeydiyyata alınırlar. Qeydiyyata alınmış abituriyentlər TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən test imtahanlarında iştirak edirlər. Test imtahanlarında topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər müəyyən edilmiş cədvəl üzrə qabiliyyət imtahanlarında iştirak edirlər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm