Qırmızı.az
ARDNŞ-nin mütəxəssisi BMT-nin nüfuzlu qrupuna üzv seçilib
ARDNŞ-nin mütəxəssisi BMT-nin Ekspertlər qrupunun Redaksiya Heyətinə üzv seçilib.
ARDNŞ prezidentinin “İqlim dəyişmələri haqqında Çərçivə Konvensiyasının icrası ilə bağlı tədbirlər barədə” 2008-ci il tarixli 68 saylı Əmrinə əsasən şirkətin Ekologiya İdarəsində bu sahədə fəaliyyət göstərən mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədilə mühüm işlər görülüb.
Onlar müxtəlif treninq proqramlarında iştirak edərək və beynəlxalq ekspert statuslu sertifikatlara layiq görülüb. Bu günlərdə Ekologiya İdarəsi daha bir xoş xəbər alıb.
BMT-nin İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər qrupunun (İPCC) qərarı ilə Emissiya Faktorunun Məlumat Bazası üzrə Redaksiya Heyətinin üzvlüyünə ARDNŞ-nin Ekologiya İdarəsinin elm və texnika şöbəsinin mühəndisi Rəna Hümbətova seçilib.
Ötən ilin sonlarında İPCC-nin Baş Katibi Renate Christ tərəfindən göndərilmiş müraciətə əsasən, qrupun Azərbaycan üzrə milli əlaqələndiricisi İPCC-nin Redaksiya Heyətinin üzvlüyünə üç müxtəlif ekspertin namizədliyini təqdim edib.
Həmin namizədlər arasından R. Hümbətovaya üstünlük verilib. Beləliklə, ARDNŞ-nin mühəndisi Azərbaycan Respublikasının tarixində ilk dəfə dünyanın tanınmış ekspertləri arasından seçilərək yeddi üzvdən biri kimi 2015-2018-cü illər ərzində qurumda ölkəmizi təmsil edəcəkdir.
Qeyd edək ki, İPCC-nin Emissiya Faktorunun Məlumat Bazası daimi yenilənən resurs kimi, İstilik Effekti yaradan qazların İnventarlaşma hesabatlarının hazırlanması və inkişafi ilə məşğul olan dünya ekspertləri tərəfindən mütəmadi istifadə edilir. Bazaya daxil olan məlumatlar İPCC-nin “İstilik Effekti Yaradan Qazlar üzrə Milli İnventarlaşmalarının Aparılmasına dair Qaydalar” sənədində də istifadə olunur.
Onu da qeyd edək ki, Rəna Hümbətova həm də İngiltərədə imtahan verərək, ekologiya üzrə beynəlxalq sertifikatlı auditor adını qazanıb. Xatırladaq ki, Rəna Hümbətova Azərbaycanın tanınmış sabiq diplomatlarından olan, hazırda Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş Katibinin müavini Fuad Hümbətovun həyat yoldaşıdır.
Elnur Eltürk
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO