Leyla Əliyevanın əkizlərinə olan arzuları - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Leyla Əliyevanın əkizlərinə olan arzuları - FOTOLAR

Prezident İlham Əliyevin qızı Leyla Əliyeva əkiz oğlanlarına olan arzusunu paylaşıb.

Prezident İlham Əliyevin qızı Leyla Əliyeva əkiz oğlanlarına olan arzusunu paylaşıb.

Leyla Əliyeva əkizləri Əli və Mikayıl haqqında arzularını yazıb. Bu barədə bacısı Arzu Əliyeva şəxsi “Facebook” səhifəsində paylaşıb.

Rus dilində yazılan mətnin Azərbaycan dilində tərcüməsini təqdim edirik:

“Oğullarım Əli və Mikayıl. Onlar əkizdirlər və eyni zamanda tamamilə fərqli uşaqlardır. İki oğul anası olmaq əlbəttə ki, böyük xoşbəxtlikdir. Amma eyni zamanda çox çətindir. İndi onlar elə bir yaş dövründədilər ki, diqqət üçün bir-bir ilə daim mübarizə edirlər. Bəzən otaqlarına girdiyim zaman eşidirəm: “Ona baxma, mənə bax”. Uşaqlar tamamilə məni dəyişib. Mən düşünürəm ki, hər bir qadın uşaq dünyaya gətirdikdən sonra öz prioritetlərini dəyişir. Güclü olur, inamlı olur. İndi mən onların gələcəyinin yaxşı olması üçün əlimdən gələni edirəm. Əminəm ki, oğlanlarım böyüyəndə mənə minnətdar olacaqlar. Onların çox dil bilməsini istəyirəm, amma ilk növbədə ana dilini bilsinlər. Və bu məsəl ilə mən tamamilə razıyam ki, uşaqlar valideynlərinin güzgüsüdür”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm