Şamaxıda ayı kənd sakinini parçalayıb - ŞOK - Video
Bizi izləyin

Qırmızı.az

Şamaxıda ayı kənd sakinini parçalayıb - ŞOK - Video

Şamaxı rayon sakini 35 yaşlı Hüseynov Sədi ayının hücümuna məruz qalıb.

Şamaxı rayon sakini 35 yaşlı Hüseynov Sədi ayının hücümuna məruz qalıb.

Sədinin sözlərinə görə, ayı onun qarşısna ani olaraq çıxıb və üzərinə hücum edib. O, bədənin müxtəlif nahiyyəsindən xəsarətlər alıb. Ayı onun boyun nahiyyəsini parçalayıb. Çətinliklə də olsa da o, ayının əlindən xilas ola bilib.

Yaxınlarına zəng etməyi bacaran yaralını dərhal ağır vəziyyətdə Şamaxı rayon Mərkəzi xəstəxanasına çatdırıblar. Zərərçəkənin sözlərinə görə, hadisə zamanı o, Talışnuru kəndindən evələrinə qaydırmış. Sözü gedən ərazi isə sıx meşəlik olub.Xəstəxanadan deyiblər ki, Sədi Hüseynovun vəziyyəti yaxşılaşıb.

“Həmin şəxs axşam xəstəxanaya gətirilib. Ayı onun boynunu yaralayıb. Hazırda cərrahiyyə şöbəsində olan həmin şəxsin vəziyyəti yaxşıdır. Səhər yemək də yeyib, gəzib də. Yaxınları da yanındadır”.

Xəstəxanadan yaxın saatlarda onun evə buraxılacağını da bildiriblər.



Qeyd edək ki, bənzər hadisə Şamaxıda ikinci dəfədir ki yaşanır.

Oxşar hadisə Şamaxı rayonunda ötən il də baş verib. Rayonun Çeşmədli kəndində də ayının adamları hücum olub və 2 nəfəri yaralayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm