Taxta bazasındakı yanğın zamanı 8 nəfər xəsarət alıb
Bizi izləyin

Qırmızı.az

Taxta bazasındakı yanğın zamanı 8 nəfər xəsarət alıb

Səhiyyə Nazirliyi Bakının Binəqədi rayonundakı poladərtimə zavodunun arxasında yerləşən taxta bazasında baş verən yanğınla bağlı rəsmi məlumat yayıb.

Səhiyyə Nazirliyi Bakının Binəqədi rayonundakı poladərtimə zavodunun arxasında yerləşən taxta bazasında baş verən yanğınla bağlı rəsmi məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səhər 8:30-da başlamış yanöına bağlı 103 xidmətinə hadisə şahidləri məlumat veriblər.

Təcili Tibbi Yardım briqadası hadisə yerində yanğından zərər çəkmiş 8 nəfərə yardım göstərib. Onların dördünə ambulator yardım göstərilib. Dörd nəfər isə Təcili Tibbi Yardım briqadası tərəfindən Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə aparılıb.

Yanğın hazırsa davam edir və 103 xidmətinin iki briqadası hadisə yerindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm