Sınaq imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?
Bizi izləyin

Qırmızı.az

Sınaq imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 6-da qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün sınaq imtahanı keçirib. İmtahan Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Qazax, Tovuz, Mingəçevr, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Tərtər, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan, Salyan, Lənkəran, Cəlilabad, Xaçmaz və Qubada ümumilikdə 62 binada təşkil olunub.

TQDK-nın mətbuat xidmətindən Publika.Az - a verilən məlumata görə, ilkin statistik məlumatlara əsasən, imtahanda 49000-dən artıq abituriyent iştirak edib.

İmtahan bütün binalarda saat 10:00-da başlanmış və 3 saat ərzində aparılıb.

İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərmiş və imtahan prosesi nəzarətdə saxlanılıb.

Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib.

Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emal prosesi aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm