“ Vikipedia”-nın zənginləşdirilməsi ilə bağlı tədbir keçirildi
Bizi izləyin

Qırmızı.az

“ Vikipedia”-nın zənginləşdirilməsi ilə bağlı tədbir keçirildi

AMEA Naxçıvan Bölməsində “Wikipedia” ensiklopediyasının zənginləşdirilməsində AMEA Naxçıvan Bölməsi əməkdaşlarının fəallığının artırılması ilə bağlı tədbir keçirilib.

Tədbirdə Naxçıvanın tarixi abidələri, ədəbiyyatı, mədəniyyəti, folkloru, tarixi, texniki elmləri, iqtisadiyyatı, və s. elm sahələrində yerləşdirilən məlumatların düzdünlüyünə əmin olmaq, məlumatların zənginləşdirmək, yanlış yerləşdirilən məlumatların düzgün formasını əsaslandıraraq adminə göndərmək, həmçinin institutlarda bu sahəyə məsul şəxslərin fəaliyyəti məsələləri müzakirə edilmişdir. Tədbirdə bütün elm sahələrindən olan alimlər iştirak etmişlər.

“Wikipediya” Ensiklopediyasında Naxçıvanla bağlı məlumatlar, bəzi mövcud yanlışlıqlar və boşluqlar haqqında əməkdaşlara məlumat verilmişdir. İclasda o da qeyd edilmişdir ki, Wikipediya yerləşdiriləcək hər bir məlumat konkret olaraq müxtəlif elm sahəsində bir neçə mütəxəssis tərəfindən rəy verildikdən sonra ictimaiyyətin diqqətinə çatdırılmalıdır.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin bütün sahələrindən olan əməkdaşları onları maraqlandıran sahələr ətrafında müzakirələr aparmışlar. Daha sonra tarixçi alim AMEA Naxçıvan Bölməsinin direktor müavini AMEA-nin müxbir üzvü Hacı Qadir Qədirzadə, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, Onamastika şöbəsinin müdiri Firudin Rzayev, AMEA Naxçıvan Bölməsinin Gənc Alim və Mütəxəssislər şurasının müavini Günel Məmmədova və başqaları çıxış etmişlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm