Qırmızı.az
İki "casusumuz" Azərbaycana qaytarıldı
İran həbsxanalarında cəza çəkən iki Azərbaycan vətəndaşı
ölkəsinə qaytarılıb. Bu barədə Trend məlumatlı mənbəyə istinadən
xəbər verir.
Məlumata görə, məhbusların təhvil verilməsi Azərbaycan və İran
arasında məhbusların mübadiləsi haqqında imzalanmış müqavilə
əsasında baş tutub.
İranın tnews.ir xəbər portalının məlumatına görə, İranda cəza
çəkən və Azərbaycana qaytarılmış bu iki məhbus casusluqda ittiham
olunurmuşlar. Saytın məlumatına görə, qaytarılmış məhbusların
birinin adı Eyvaz Məmmədovdur.
Qeyd edək ki, ötən gün həmçinin Azərbaycan həbsxanalarında cəza çəkən 14 İran vətəndaşı Astara keçid məntəqəsində İranın məhkəmə sisteminin nümayəndəsinə təhvil verilib. Yaxın günlərdə Azərbaycan həbsxanalarında cəza çəkən daha 9 məhbusun İrana qaytarılması nəzərdə tutulub.
Bundan öncə mart ayının 20-də Azərbaycan həbsxanalarında cəza çəkən 11 İran vətəndaşı Astara keçid məntəqəsindən İrana qaytarılmışdı.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?