Vətəndaşlar dövlət orqanlarına necə müraciət etsin - Layihə
Bizi izləyin

Qırmızı.az

Vətəndaşlar dövlət orqanlarına necə müraciət etsin - Layihə

Vətəndaşlar dövlət orqanlarına necə müraciət etsin - Layihə

«Cəmiyyətin və Vətəndаş Münаsibətlərinin Inкişаfı» Ictimаi Birliyi Avropa Demokratiyaya Dəstək Fondunun dəstəyi ilə ““Ədalətli cəmiyyət naminə (Vətəndaşların dövlət orqanlarına müraciət etmək hüquqlarının təmin edilməsinə dəstək proqramı)” layihəsinə həyata keçirir. Qurumdan Publika.Az-a verilən xəbərə görə, layihə çərçivəsində Bakı şəhərində dəyirmi masa keçirilib. Tədbirə bir sıra dövlət qurumlarının, nazirliklərin, qeyri-hökumət təşkilatlarının və gənclər təşkilаtlаrının, ölkədə təmsil olunan beynəlxalq qurumların nümayəndələri və jurnalistlər iştirak edirdi.

“Konstitusiya” Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev açaraq, mövzunun aktuallığından danışıb, bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verib. Daha sonra «Cəmiyyətin və Vətəndаş Münаsibətlərinin Inкişаfı» Ictimаi Birliyinin sədri Əhməd Abbasbəyli layihə çərçivəsində onlarla əməkdaşlıq edən bütün təşkilatlara, xüsusi ilə nazirliklərə, digər dövlət qurumlarına təşəkkürünü bildirib.

Prezident yanında Dövlət Qulluğuna Qəbul Məslələri üzrə Komissiyanın əməkdaşı Elvin Əliyev öz məruzəsində mövzu ilə qanunvericiliyin tələblərindən, dövlət orqanlarında vətəndaşların müraciətinə baxılması qaydalarından, bu sahədə görülən işlərdən danışıb. Növbəti məruzəçi, “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Nəsənov isə oz nitqində bu istiqamətdə mövcud olan problemlərdən danışaraq, bəzi dövlət qurumlarının fəaliyyətini tənqid edərək, şıqsanların aradan qaldılıması vacibliyindən danışmışdır. Dəyirmi masanın növbəti hissəsində, iştiarkçılar – “Şəffaflıq Azərbaycan” təşkilatının rəhbəri Rəna Səfərəliyeva, Prezident yanında Dövlət Qulluğuna Qəbul Məslələri üzrə Komissiyanın əməkdaşı Asəf Əliyev, “Neftçilərin Hüquqlarını Müdafiə Mərkəzi”nin sədri Mirvari Qəhrəmanlı ,Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin nümayəndəsi və s. edilən çıxışlara münasibət bildirib, ölkədə bu sahədə mövcud vəziyyəti və mümkün prоblеmləri müzаkirə edilmiş, bir sırа məsələlərlə bağlı birgə fikir mübadiləsi aparmışlar. Arаşdırmaların aparılması barədə məlumat verilmişdir. Sonda suallar cavablandırılmış, təklif və töfsiyyələr səsləndirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm