4 yaşlı uşaq su kanalında batdı
Bizi izləyin

Qırmızı.az

4 yaşlı uşaq su kanalında batdı

Sumqayıtda azyaşlı 4 yaşlı uşaq su kanalında bataraq ölüb.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində çirkab su kanalında (“Sumqayıt” sularda xilasetmə məntəqəsindən, təxminən, 10 km məsafədə, nəzarət olunmayan ərazidə) 2009-cu il təvəllüdlü Mahir Eynur oğlu İsmayılov batıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. M.İsmayılovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm