TQDK-nın sınaq imtahanında 50 minədək abituriyent iştirak edib
Bizi izləyin

Qırmızı.az

TQDK-nın sınaq imtahanında 50 minədək abituriyent iştirak edib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 6-da qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün sınaq imtahanı keçirmişdir. İmtahan Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Qazax, Tovuz, Mingəçevir, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Tərtər, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan, Salyan, Lənkəran, Cəlilabad, Xaçmaz və Qubada ümumilikdə 62 binada təşkil olunub.

Teleqraf.com-un xəbərinə görə, imtahan bütün binalarda saat 10:00-da başlayıb və 3 saat ərzində aparılıb.

İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib və imtahan prosesi nəzarətdə saxlanılıb.

Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib. İlkin statistik məlumatlara əsasən, imtahanda 49000-dən artıq abituriyent iştirak edib.

Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emal prosesi aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm