• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bakının girişində 5 bağlantı yolunun tikintisinə başlandı - FOTO

Bakının girişində 5 bağlantı yolunun tikintisinə başlandı - FOTO

Bakı-Ələt yolunun 4-6-cı km hissəsində (Bayıl dairəsi ilə "Bibiheybət" məscidi arasında) bağlantı yollarının və piyada keçidinin tikintisi nəzərdə tutulub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, orada 5 bağlantı yolunun olması planlaşdırılır. Bağlantı yollarının ümumi uzunluğunun 5711 metr olacağı nəzərdə tutulur. Bağlantı yollarından biri üçzolaqlı, biri altızolaqlı, digər 3-ü isə dördzolaqlı olacaq.

Parallel olaraq bu hissədə Bayıl dairəsi ərazisində yeni piyada keçidinin tikintisinə başlanılıb. Piyada keçidi 4 giriş-çıxışdan ibarət olacaq. Keçidin uzunluğu 100 metr, eni 8 metr, hündürlüyü 4 metr təşkil edəcək. Hazırda həmin ərazidə svay vurma və kommunikasiya xətlərinin köçürülməsi işləri həyata keçirilir.

P.Mürsəliyev bildirib ki, layihə çərçivəsində əlavə olaraq iki qovşağının (dairə) da inşa edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bağlantı yollarının 3-ü vasitəsilə Su İdmanı Növləri Sarayına da giriş-çıxış mümkün olacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR