Qırmızı.az
Bakıda canavar peyda oldu - VİDEO
Suraxanı rayonu Hövsan qəsəbəsində Bağlar evi kimi tanınan hissədə sakinlər neçə gündür ki, evlərindən çölə çıxa bilmirlər.
Buna səbəb isə onların qonşuluğunda məskunlaşan canavardır.
Sakinlər onun bura hardan gəldiyini bilməsələr də, 3 gün əvvəl
radio ilə canavarın hardansa qaçdığı barədə xəbər eşitdiklərini
dedilər. Onları qorxudan isə canavarın düz qapılarının qarşısında
gecələri ulamasıdır.
Maraqlıdır ki, ətrafda çoxlu yiyəsiz it olsa da, canavarın
buralarda sərbəst şəkildə gəzməsinə heç bir reakiya verməyiblər.
Sakinlər dedilər ki, ilk baxışdan aqqresiv görünməyən canavar ona
tərəf gedən hər kəsə dişlərini qıcıyırdı. Sakinlər neçə gündü
aidiyyəti qurumlara bu barədə xəbər verdiklərini desələr də,
hərəkətə keçib onları canavarın əsirliyindən qurtaran heç kim
olmayıb. Hadisə yerində olarkən biz də aidiyyəti qurumlarla əlaqə
saxladıq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirdilər ki, bu gün
artıq gecdir. Sabah ərazidə monitorinq apararaq heyvanı
ovlayacaqlar. Sakinlərə bu barədə məlumat versək də, onlar daha bir
gecəni canavarla qonşuluqda keçirmək istəmədiklərini deyərək
təşəbbüsü öz əllərinə götürdülər. Axşam düşəndən sonra canavarı
ovlama əməliyyatı başladı. Kəndirli taxtalar, yaba və armatur
parçaları ilə silahlanmış yerli sakinlər bir müddət səy göstərərək,
nəhayət ki, canavarı ələ keçirdilər.
Heyvanı ovlayanların sözlərinə görə, canavarlar adətən hiyləgər
olur. Azadlığa çıxmaq üçün hətta pəncəsini gəmirib qopara
bilirlər.
Ovlanan heyvan bu gecəni yerli sakinlərin həyətlərindəki qəfəslərin
birində keçirəcək. O ki qaldı heyvanın sonrakı aqibətinə, o ya
heyvanxanaya təhvil veriləcək, ya da ki ona sahib olmaq istəyən
şəxsə satılacaq ./Anspress
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY