Prokuror İlham Mirzəyevin tutdurduğu şəxsə 5 il cəza istədi
Bizi izləyin

Qırmızı.az

Prokuror İlham Mirzəyevin tutdurduğu şəxsə 5 il cəza istədi

Prokuror İlham Mirzəyevin tutdurduğu şəxsə 5 il cəza istədi

Bu gün Yasamal rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin şikayəti əsasında həbs olunan Asif Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam edib.

Publika.Az xəbər verir ki, hakim Ayaz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror Rizvan Sultanov çıxış edib. Prokuror deyib ki, A. Əliyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma), 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə başlanan cinayət işinin məhkəmə istintaqı tamamlanıb.

Onun sözlərinə görə, A. Əliyev məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü təqsirli bilməyib. Prokurorun sözlərinə Asif Əliyev ifadəsində hadisənin baş vermədiyini deyib: “Zərərçəkmiş İlham Mirzəyev də məhkəmədə ifadə verib. O, ifadəsində hadisənin baş verdiyini təsdiqləyib”.

Prokuror cinayət işi üzrə şahidlər Saray Hüseynova və Rəbiyyə Zərdabinin ifadələrinə istinad edərək cinayətin sübuta yetirildiyini açıqlayıb. Prokuror çıxışının sonunda A. Əliyevə cəza verilməsini məhkəmədən tələb edib.

Prokuror A. Əliyevin Cinayət Məcəlləsinin 127.2.3-cü (2 il 6ay), 221.3-cü (4 il), 134-cü (1 il 6 ay) maddələri ilə cəza verilməsini təklif edib. Prokuror A. Əliyevin cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror həmçinin İlham Mirzəyevin Asif Əliyevə qarşı olan mülki iddiasının təmin edilməsini də istəyib.

Daha sonra İlham Mirzəyevin vəkili Xanlar Bayramzadə çıxış edib. O. deyib ki, Asif mənəvi zərərin ödənilməsi ilə bağlı A. Əliyevə qarşı qaldırdılaqarı mülki iddia təmin edilməlidir. Vəkil A. Əliyevə cəzanın da verilməsinin vacib olduğunu iddia edib. Teleaparıcının digər vəkili Rəna Həsənli də həmkarının çıxışı ilə razı olduğunu deyib.

İlham Mirzəyev deyib ki, onun A. Əliyevə qarşı düşmənçiliyi olmayıb. Daha sonra çıxışında İlham Mirzəyev Asif Əliyevə qarğış etməyə başlayıb. Bu zaman hakim onun sözünü kəsib və ona ittiham çərçivəsində danışmağı təklif edib. O, prokuror və vəkillərinin çıxışı ilə razı olduğunu deyib.

A. Əliyevin vəkilləri Abuzər Mütəllimov və Cavanşir Süleymanov çıxışa hazırlaşmaq üçün vaxt istəyib.Məhkəmə aprelin 11-də davam edəcək.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm