“Nərgiz” nəşriyyat evi gələcək layihələrinin təqdimatını keçirib - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“Nərgiz” nəşriyyat evi gələcək layihələrinin təqdimatını keçirib - FOTOLAR

“Nargis” Nəşriyyat Evi bu gün jurnalistlərlə görüş keçirib. Publika.Az xəbər verir ki, görüşdə jurnalistlər nəşrin layihələri ilə tanış edilib, həmçinin yeni iş yerləri və əməkdaşlıq şərtləri haqqında məlumat verilib.

Görüşü “Nargis” jurnalının baş redaktoru Ülviyyə Rəhmanova açıq elan edib. Ülviyyə Rəhmanova Nəşriyyat Evinin 2012-ci ilin avqust ayından fəaliyyətə başladığını vurğulayıb.

Jurnalın 5 bölməsi var. Buraya dəb, incəsənət, həyat tərzi, gözəllik və sağlamlıq, şəxsiyyətlər bölməsi daxildir. Ü.Rəhmanova bildirib ki, jurnal açılanda həm gənclərin, həm yaşlı nəslin maraq dairəsini əhatə etməyi qarşısına məqsəd qoyub. Şəxsiyyətlər rubrikası xüsusilə əhəmiyyət kəsb edir. Belə ki, bu rubrikada tanınmış insanlar, onların həyatı barədə maraqlı yazılar dərc olunur.

Ü. Rəhmanova “Nargis” nəşriyyat evinin fəaliyyətini daha da genişləndirdiyini bildirib. Belə ki, dünyanın bir çox ölkələrində fəaliyyət göstərən “buro247” saytının Azərbaycan dilində olan versiyası yaradılıb. Onun sözlərinə görə, gələcəkdə sayt ingilis və rus dillərində də olacaq. Bundan əlavə “Nargis” jurnalının da Azərbaycan dilində dərc olunacağı gözlənilir.

“Orta statistik vətəndaşlar arasında kiçik sorğu apardıq. Təəssüf ki, nəticələr gözlənildiyi kimi olmadı. Gənclərin çoxu Salvador Dali, Jaklin Kennedi, Qreys Kelli kimi şəxsiyyətləri tanımırlar.

Bunun əsas səbəbini müvafiq məlumatların Azərbaycan dilində olmamağında görürəm. İnanıram ki, “Nargis” jurnalı gələcəkdə Azərbaycan dilində də nəşr olunacaq”.

Bundan əlavə, Ü. Rəhmanova qeyd edib ki, fevralın 23-də Tiflisdə “Nərgiz welcome to Georgia” adlı layihəsi təqdim olunacaq. Tədbirdə Azərbaycan və Gürcüstan modelyerlərinin dəfiləsi baş tutacaq, həmçinin jurnalın təqdimatı keçirələcək və sonradan jurnal bu ölkədə satılmağa başlanacaq.

Ü. Rəhmanovanın sözlərinə görə, istedadlı və perspektivli jurnalistlərə imkanlar yaratmaq üçün yeni layihələrə maksimum sayda media-işçiləri cəlb etmək niyyətindədir.

Bu il jurnalistlər üçün müsabiqə keçirəcəyik. Təcrübəli və peşəkar jurnalistlərlə əməkdaşlıq təklif edirik. Məqalələr Azərbaycan, rus və ingilis dillərində təqdim edilə bilər. Onlara həm də öz yeni, kreativ, ideya, fikir və təkliflərini vermək şansı verilir.

Müsabiqədə təkcə jurnalistlər deyil, fotoqraflar, dizayn, nəşriyyat biznesində çalışan hər kəs iştirak edə bilər. Bir il ərzində Nəşriyyat Evi müəlliflərlə əməkdaşlıq edəcək və onların fəaliyyətini izləyəcək Müsabiqənin nəticələri ilin sonunda təntənəli şəkildə açıqlanacaq və beş nəfər Avropa və Rusiyada keçiriləcək treninqlərdə iştirak imkanı qazanacaq”.

Aytən

FOTO:Nuron

Oxumağa davam et
Reklam
Reklam

Gündəm