YAP sıralarına qəbul var - Gəncədə
Bizi izləyin

Qırmızı.az

YAP sıralarına qəbul var - Gəncədə

YAP sıralarına qəbul günbəgün artır

Bu gün “Gəncə Şərab-2” ASC-də Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunan işçilərə partiyanın Gəncə şəhər Təşkilatı tərəfindən üzvlük vəsiqələri təqdim olunub.

Tədbirdə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, “Gəncə Şərab-2” ASC-nin müdiri Saleh Babazadə, YAP Gəncə şəhər Təşkilatı ideoloji şöbəsinin müdiri Hüseyn Budaqov, ərazi ilk partiya təşkilatının sədri Zabit Namazov və müəssisənin işçi kollektivi iştirak edib.

Giriş sözü ilə çıxış edən Saleh Babazadə müəssisənin fəaliyyəti haqqında qısa məlumat verib və partiya sıralarına qəbul olunan işçiləri ürəkdən təbrik edib.

Ərazi ilk partiya Təşkilatının sədri Zabit Namazov müəssisədə ərazi ilk partiya təşkilatının 1995-ci ildə 25 nəfər üzv ilə yarandığını bildirib. Hazırda isə YAP üzvlərinin sayının 6 dəfədən çox artaraq 150 nəfərə çatdığını qeyd edib.

Tədbirdə çıxış edən YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla yerinə yetirilməsi nəticəsində Azərbaycanın bütün sahələrdə nailiyyətlər əldə etdiyini qeyd edib. Qazanılan nailiyyətlər dövlətə və onun partiyasına inamı daha da artırıb.

2012-2013-cü illərdə Gəncədə keçirilən I-II Beynəlxalq Şərab festivallarını xatırladan Naqif Həmzəyev “Gəncə Şərab-2” ASC-nin də öz tarixi ənənələrini yaşadaraq, istehsal etdikləri məhsulların xüsusi diqqət çəkdiyini, bu festivalda şəhərimizi layiqincə təmsil etdiyini bildirib.

Çıxışının sonunda partiya sıralarına qəbul olunan hər bir üzvü ürəkdən təbrik edərək, fəaliyyət sahələrində daha da məsuliyyətli olmağa dəvət edib.

Hər bir üzvə təntənəli şəkildə vəsiqələr təqdim olunub və sonda xatirə şəkli çəkilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm