Oksford və Kembric universitetlərinin komandalarına maliyyə dəstəyi göstərildi - AAC tərəfindən
Bizi izləyin

Qırmızı.az

Oksford və Kembric universitetlərinin komandalarına maliyyə dəstəyi göstərildi - AAC tərəfindən

Oksford və Kembric universitetlərinin komandalarına maliyyə dəstəyi göstərildi - AAC tərəfindən

Avropa Azərbaycan Cəmiyyəti (TEAS) Oksford və Kembric universitetləri arasında keçirilən, Britaniyanın idman həyatında özünəməxsus yer tutan avarçəkmə yarışına maliyyə dəstəyi göstərib. Aprelin 6-da baş tutan növbəti yarış Oksford və Kembric universitetlərinin tələbə avarçəkənləri arasında keçirilən sayca 160-cı görüş idi.

Publika.Az xəbər veri ki, sözügedən yarışı dünyada təxminən 7 milyon insan izləyib. Yarış bir çox kanallar, o cümlədən BBC, Evrosprt (100-dən çox ölkədə izlənilir), Röyter, EBU, ZDF və ARD vasitəsilə yayımlanmışdır. TEAS Putneydə (London) yerləşən Treysi Eduardz Avarçəkmə Təşkilatına maliyyə dəstəyi göstərməklə bu idman yarışına öz dəstəyini ifadə edib.

Üzərində “TEAS – Avropanı və Azərbaycanı birləşdirən təşkilat” yazılmış banner BBC televiziya kanalı və xüsusən də avarçəkmə üzrə rekorda imza atmış qadın – Treysi Eduardz ilə müsahibə zamanı nəzərə çarpacaq dərəcədə ekranlarda işıqlanmışdır. Hazırda Treysi Eduardz “Meyden Trust” fonduna pul vəsaiti toplamaqla məşğuldur. Məqsəd “Meyden” adlı yaxtanı bərpa etmək və yenidən əvvəlki görkəminə qaytarmaqdır. Bu yaxta ilə Treysi 1989-cu ildə dünyada ilk dəfə bütünlüklə qadınlardan ibarət heyətlə “Uaytbred Round” dünya yarışını müvəffəqiyyətlə başa vurub.

İdman çağdaş Azərbaycan cəmiyyətinin həyatında get-gedə daha da böyük əhəmiyyət kəsb etməyə başlayır. Belə ki, 2012-cü ildə Londonda keçirilən Yay Olimpiya oyunlarında müxtəlif idman növləri üzrə Azərbaycan millisi 10 medal qazanmışdır. Hazırda 2015-ci ildə İlk Avropa Olimpiya Oyunlarına ev sahibliyi edəcək Azərbaycanda yeni möhtəşəm stadionlar, idman arenaları tikilir, modern infrastruktur yaradılır. I Avropa Olimpiya oyunlarında 49 ölkədən 5000-dən artıq idmançının iştirak edəcəyi gözlənilir. Burada keçiriləcək yarışlardan biri də kanoe yarışları olacaq. London Olimpiadası zamanı azərbaycanlı avarçəkənlərdən biri Aleksandr Aleksandrov tək avarçəkmədə yarışı beşinci olaraq başa vurub.

Fəal tələbə cəmiyyətlərinin mövcud olduğu Oksford və Kembric universitetlərinin hər ikisində Azərbaycanın bir çox zəkalı tələbələri təhsil almaqdadır. Burada güclü akademik münasibətlər də mövcuddur. Belə ki, bu ilin əvvəlində Kembric universiteti nəzdində “Azərbaycanşünaslıq qrupu”, ötən ilin sonunda isə Oksford universiteti nəzdində “Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq elmi mərkəzi” təsis edilib.

Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter bildirib ki, biz bu tarixi yarışı dəstəklədiyimiz üçün çox məmnunuq. Oksford və Kembric universitetləri arasında keçirilən avarçəkmə yarışı adət-ənənələrin, idmanın ölkənin və cəmiyyətin tanınmasında oynadığı rolun bariz nümunəsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm