Qırmızı.az
Yol polisi daha çox hallarda sürücüləri təqib edəcək
Bundan sonra nəqiyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli bilinməsi barədə dəqiq məlumat olduqda yol polisi onu təqib edə bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə edə bilər. Bununla bağlı Milli Məclisdə müvafiq qanun layihəsi hazırlanıb.
Milli Məclisdən verilən məlumata görə, "Yol hərəkəti haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında"
qanun layihəsi hazırlanıb.
Qanun layihəsində nəzərdə tutulan dəyişikliyə əsasən, "Yol hərəkəti
haqqında" qanunun 85-ci maddəsində (Yol hərəkəti təhlükəsizliyinə
nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı əməkdaşının hərəkətləri) 2-ci bəndin "Qeyd"
hissəsinin dördüncü cümləsi aşağıdakı redaksiyada verilir:
"Nəqiyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya
sürücünün cinayət törətməkdə şübhəli bilinməsi barədə dəqiq məlumat
olduqda, yaxud nəqliyyat vasitəsinin sürücüsü öz hərəkətləri ilə
insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat
vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra
hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio-cihaz
vasitəsilə məlumat verilməklə təqib edilə bilər, həmin nəqliyyat
vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə
məcburi dayandırma vasitələrindən istifadə edilə bilər".
Qeyd edək ki, hazırda qüvvədə olan qanuna görə, nəqliyyat
vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücü öz
hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə
yaratdıqda nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl
edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli
şəxsinə radio-cihaz vasitəsilə məlumat verilməklə təqib oluna
bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan
olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən
istifadə oluna bilər. /Trend/
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...