QHT-lərə Dövlət Dəstəyi Şurası Litvada konfrans keçirəcək
Bizi izləyin

Qırmızı.az

QHT-lərə Dövlət Dəstəyi Şurası Litvada konfrans keçirəcək

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi proqramına uyğun olaraq maliyyələşdirdiyi "Demokratik Siyasi İnstitut"un "Dondurulmuş münaqişələrin həlli üçün perespe

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi proqramına uyğun olaraq maliyyələşdirdiyi "Demokratik Siyasi İnstitut"un "Dondurulmuş münaqişələrin həlli üçün perespektivlər və siyasi cəhdlər" layihəsi çərçivəsində 11-13 aprel 2014-cü ildə Litvanın paytaxtı Vilnüsdə beynəlxalq konfrans keçiriləcək.

Şuranın mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyünün pozulması və torpaqlarının qanunsuz işğalına həsr olunan konfransda sabiq SSRİ məkanında dondurulmuş münaqişələrin mümkün həlli mexanizmləri və perespektivləri müzakirə ediləcək.

Toplantıda münaqişə zonalarında baş verən kütləvi qırğınlar və Xocalı soyqırımının da ayrıca müzakirə olunması nəzərdə tutulur.

Konfransda Litvanın Xarici İşlər Nazirliyinin, QHT-lərinin, elmi təsisatlarının nümayəndələri, Avropa Parlamentinin üzvləri, 30-dan artıq millət vəkili, diplomatik korpus və KİV təmsilçiləri, münaqişələrin həlli üzrə tanınmış beynəlxalq ekspertlər iştirak edəcəklər.

Şuranın sədri, millət vəkili Azay Quliyev konfransda keçmiş Sovet məkanında mövcud olan analoji münaqişələr, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün pozulması faktı və konfliktin beynəlxalq hüququn prinsiplərinə əsaslanan həlli variantları ilə bağlı təkliflərini, doğma yurdlarından köçkün düşən 1 milyondan artıq azərbaycanlının pozulmuş hüquqlarını və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə bağlı ölkəmizin vətəndaş cəmiyyətinin mövqeyini səsləndirəcək.

Qeyd edək ki, Şura sədri A.Quliyevin konfransdan əvvəl Litva QHT-ləri ilə görüşərək birgə əməkdaşlığın perspektivlərini müzakirə edəcəyi də gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm