Qırmızı.az
Ayının parçaladığı şəxsdən xəbər var - VİDEO
Şamaxının Talışnuru kəndində ayının hücumu zamanı boyun nahiyəsindən xəsarət alan Sədi Hüseynovun vəziyyəti kafi olaraq qalır. Çoxlu qan itirən xəstənin boynunda cərrahiyə əməliyyatı aparılıb.
Həkimin verdiyi son məlumata görə, hazırda S. Hüseynovun
vəziyyəti orta ağırdır, müayinəsi davam etdirilir.
Son vaxtlar intensiv xarakter alan vəhşi heyvanların insanlara
hücumunun səbəbləri bəlli olub. Ümumdünya Təbiəti Mühafizə Fondunun
Azərbaycan üzrə rəhbəri Elşad Əsgərov deyir ki, Azərbaycanda geniş
yayılan qonur ayı növü, həm də qırmızı kitaba düşüb: “Bu ayıların
qidasını isə digər heyvanlar təşkil edir. Qışın bir hissəsini
yuxuda keçirən ayılar ayıldıqdan sonra qida tapmadıqda təhlükəyə
çevirilirlər. Məhz buna görə insanlara yaxın gələ bilirlər. Digər
hallarda isə ayı yalnız insan tərəfindən qıcıqlandırıldıqda ona
hücum edə bilər. Şamaxının meşəliklə əhatə olunmuş Talışnuru
kəndində dünən baş verən hadisə də qış yuxusundan ayılan ayının
qida axtarışı zamanı baş verdiyini istisna etmir”.
Elşad Əsgərovun sözlərinə görə, normal halda bu cür heyvanlar
insanlarla qarşılaşmaqdan yayınırlar.
Şamaxıda baş verən hadisənin səbəbləri barədə isə kənd sakinlərinin
fikrləri fərqlidir. Onların ehtimalına görə, Şamaxının dağ
kəndlərində ayılar adətən pətəklərdən bal yemək üçün həyətlərə
daxil olurlar. Talışnuru kəndində isə ayı 35 yaşlı Sədi Hüseynovun
qarşısına anidən çıxaraq ona hücum çəkib və boyun nahiyyəsini
parçalayıb. Çətinliklə də olsa o, ayının əlindən xilas ola bilib.
Bənzər hadisə Şamaxıda Keşmədin və Qaladərəsi kəndlərində də
yaşanmışdı. Keşmədin kəndinə hücum edən ayı 2 nəfəri yaralamışdı.
Qaladərəsində isə ayının toy məclisinə hücum çəkdiyi deyilir. /ans
tv/
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı