Şəkidə elektrik təsərrüfatına ziyan vuran şəxslər saxlanıldı
Bizi izləyin

Qırmızı.az

Şəkidə elektrik təsərrüfatına ziyan vuran şəxslər saxlanıldı

Rayonun Bağbanlar küçəsində şəhərin işıqlandırılması üçün nəzərdə tutulan işıq dirəkləri və onların lampaları gecə saatlarında bir qrup yeniyetmə tərəfindən sındırılıb. Polisin keçirdiyi əməliyyat nəticəsində xuliqanlıq hərəkəti edən 3 nəfər şübhəli şəxs

Rayonun Bağbanlar küçəsində şəhərin işıqlandırılması üçün nəzərdə tutulan işıq dirəkləri və onların lampaları gecə saatlarında bir qrup yeniyetmə tərəfindən sındırılıb. Polisin keçirdiyi əməliyyat nəticəsində xuliqanlıq hərəkəti edən 3 nəfər şübhəli şəxs qismində saxlanılıb.

RPŞ-nin İctimaii Təhlükəsizlik bölməsinin rəisi, Müşviq Cəbrayılov bildirib: “Əhalinin bilavasitə polislə qarşılıqlı əməkdaşlığı nəticəsində həmin şəxslər hadisəni törətdiyi yerdə yaxalanmış və idarəyə gətirilərkən də polisin qanuni tələblərinə tabeçilik göstərməmişlər".

Sərxoş vəziyyətdə olan gənclər adı çəkilən küçənin işıqlandırılması üçün nəzərdə tutulan bir neçə işıq dirəklərini yerindən çıxarıb, 10 ədəddən artıq işıq lampasını və bir ədəd işıqforu sındırmaqla, ümumilikdə 2246 manat elektrik təsərrüfatına ziyan vurublar.

Şəki şəhər sakinləri 26 yaşlı Rauf Ədilov, 26 yaşlı Tariyel Məmmədov və 27 yaşlı Pərviz Qasımov küçələri zülmətə qərq etmələrini sərxoş vəziyyətdə olmaları ilə izah ediblər.

Saxlanılanlar "Sərxoş vəziyyətdə içkili olmuşuq, peşmanıq, bir də belə hərəkətlər olmaz" deyiblər.

Faktla bağlı Şəki şəhər rayon polis şöbəsində araşdırmalar aparılır. /ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm