• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Nabran Holiday Village” istirahət mərkəzi yenidən açılışa hazırlaşır - ÖZƏL

“Nabran Holiday Village” istirahət mərkəzi yenidən açılışa hazırlaşır - ÖZƏL

Ötən il baş azyaşlı uşağın başına gələn ağır faciədən sonra bağlanan "CTF" firmasına məxsus “Nabran Holiday Village” istirahət mərkəzi 2014-cü ilin yay mövsümünə kimi yenidən fəaliyyətə başlamağı planlaşdırır. Bu barədə Publika.Az-a "CTF" firmasındakı mənbədən özəl məlumat daxil olub.

Məlumata görə, hazırda sözügedən istirahət mərkəzinin yeni mövsümə açılışına icazə verilməsi üçün "CTF" firmasının rəhbəri, sabiq deputat Nizami İsgəndərov tərəfindən gizli danışıqlar aparılır və sözügedən istirahət mərkəzinin ərazisi isə yeni mövsümə hazırlanır.

Mənbə əlavə edib ki, hazırda Nizami İsgəndərov Azərbaycandadır.

Xatırladaq ki, 2013-cü il iyulun 21-də Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərovun Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən və sabiq deputat Nizami İsgəndərova məxsus olan “Nabran Holiday Village” istirahət mərkəzində ağır bədən xəsarətləri alması ilə nəticələnən hadisə ilə bağlı 3 nəfər həbs olunub.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Xaçmaz rayon məhkəməsinin qərarı ilə “CTF” firmasının və “Nabran Holiday Village” istirahət mərkəzinin direktoru Rəşad Zərbəliyev, istirahət mərkəzinin icarəçisi Firdovsi İsmayılov və istirahət mərkəzində hovuz xidmətçisi vəzifəsində işləyən Aslan Hacıməmmədkərimov barəsində (səhlənkarlıq maddəsi üzrə) həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1 (əmək mühafizəsi qaydalarını pozma) və 314.2-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb.

İmran Cəfərovun xəsarət alması ilə nəticələnən hadisə və uşağın Almaniyada müalicəsi prezident İlham Əliyev tərəfindən nəzarətə götürülüb.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR