İstifadəyə yararsız ərzaq məhsulları məhv edilib
Bizi izləyin

Qırmızı.az

İstifadəyə yararsız ərzaq məhsulları məhv edilib

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, monitorinqlər zamanı Bakının Nərimanov, Sabunçu rayonlarında, eləcə də Sumqayıt, İsmayıllı, Şəmkir, Masallı, Zaqatala, Balakən, Ağdamda mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb. Ümumilikdə, 280 kiloqramdan artıq saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm