Nazirlik narazı müəllimin problemini həll etdi
Bizi izləyin

Qırmızı.az

Nazirlik narazı müəllimin problemini həll etdi

Təhsil Nazirliyi mətbuatda şikayəti yayılan müəllimlə bağlı məsələyə aydınlıq gətirib.

Publika.az xəbər verir ki, mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, Quba rayonunun Suxtakələ kənd məktəbinin müəllimi Lalə Məmmədlinin şikayəti ilə bağlı nazirliyin nümayəndəsi onunla görüşüb:

“Müəllimənin şikayəti ilə maraqlandıq, məlum oldu ki, onun şikayəti ipoteka ilə bağlıdır. Biz də nazirlik olaraq yalnız ipoteka fonduna tövsiyə məktubu göndərə bilərdik və bunu etdik”.

C.Valehov bildirib ki, müəllim həmçinin nazirlikdən hazırda fəaliyyət göstərdiyi Quba, Suxtakələ kənd orta məktəbindən Sumqayıt şəhərində müvafiq orta məktəbə köçürülməyini xahiş edib:

“Nazirlik təklifi dəyərləndirdi və növbəti tədris ilində o, Sumqayıtda müəllimlik fəaliyyətini davam etdirəcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm