Dərsliklər yoxlanılacaq
Bizi izləyin

Qırmızı.az

Dərsliklər yoxlanılacaq

Təhsil Nazirliyinin Qiymətləndirmə Şurası sabahdan etibarən dərsliklərin qiymətləndirilməsinə başlayır.

Publika.az xəbər verir ki, bu barədə nazirliyin tədris şöbəsinin müdir müavini Əsgər Quliyev məlumat verib.

O bildirib ki, şuranın üzvləri ölkənin müxtəlif bölgələrindən seçilib:

“Şuranın yeni tərkibinin formalaşdırılması ilə bağlı ötən il müsabiqə elan edilib və 100 nəfər müraciət edib. Müraciətə baxılıb və 17 nəfərdən ibarət şura yaradılıb. Artıq nazirlikdə onlarla görüş keçirilib”.

Ə.Quliyev onu da qeyd edib ki, artıq 7-8-ci siniflərin dərslikləri hazırdır:

“Bu ilə qədər dərsliklər tədris ili başlayanda hazır olurdu və müəllimlər onunla tanış ola bilmirdi. Bu il iki dərslik sifariş verilib və tədris ili başlamadan məktəblərə göndəriləcək. 8-ci sinif dərslikləri sınaq üçün pilot məktəblərə veriləcək. Növbəti ildə ən azı iki ay əvvəl dərsliklər müəllimlərin istifadəsində olacaq. Ötən il 22 adda dərslik hazırlanmalı idi, artıq onlar hazırdır və şura üzvləri sabahdan onların qiymətləndirilməsinə başlayacaq”.

Nazirliyin nümayəndəsi vurğulayıb ki, şura üzvləri dərsliklərə tək baxmayacaq:

“Qiymətləndirmə Şurasında hər fənn üzrə mütəxəssis var, amma onlarla yanaşı fənnlər üzrə qruplar yaradılıb. Həmin qruplar müəllimlərlə birlikdə dərsliklərin monitorinqini aparacaq”.

Əsgər Quliyev 5-ci sinif Ədəbiyyat dərsliyindəki problemlərə də aydınlıq gətirib. O bildirib ki, bu dərslikdəki çatışmazlıqlarla bağlı TQDK monitorinq aparıb və onun nəticələri nəşriyyatlara təqdim edilib. Amma nəzərə almaq lazımdır ki, dərsliklər 4 ildən bir çap olunur, ona görə də qeyd olunan səhvlər növbəti nəşrdə düzələcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm