Zahid Qaralov Rusiyanı “topa tutdu”
Bizi izləyin

Qırmızı.az

Zahid Qaralov Rusiyanı “topa tutdu”

Zahid Qaralov Rusiyanı “topa tutdu”

“Ukraynada baş verənlər Rusiya tərəfindən törədilmiş çox qorxulu hadisələrdir”.

Bunu Publika.Az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının və İdarə Heyətinin üzvü, məşhur 91-lərdən biri, YAP-ın Səbail rayon təşkilatının sədri Zahid Qaralov bildirib.

Onun sözlərinə görə, Ukraynanın ərazi bütövlüyü təmin və beynəlxalq aləmdə tanınan hüquqları bərpa olunmalıdır.

Z.Qaralov həmçinin deyib ki, bu məsələdə Ukrayna ilə Azərbaycanı müqayisə etmək qəti düzgün deyil: “Mən qəzetlərə baxıram, hərə bir cür öz düşündüklərini yozmağa çalışır. Bəziləri yazır ki, Ukraynandan dərs götürülməlidir və sairə. Ancaq faktiki olaraq Rusiya əməllərinə görə dünyadan təcrid olunub. Bütün dünya birliyi Rusiyanın hərəkətlərini pisləyir.

Rusiya parlamentində öz vətəndaşlarının hüquqlarının qorunması ilə bağlı qəbul olunan qanun beynəlxalq hüquq normalarına heç cür uyğun deyil. Əgər belə olsa, o zaman dünyanın hər hansı yerində, o cümlədən ABŞ-da 5 nəfər rus yaşayırsa, ora müstəqilliyini tələb edəcək? Bu qorxulu bir haldır. Bütün bunları isə Azərbaycan ilə Ukraynanın indiki durumu ilə müqayisə etmək olmaz. Ukraynada baş verən hadisələri Azərbaycanla müqayisə edənlər ölkəmizin xeyrinə danışmırlar, onlar həqiqəti düzgün əks edə bilmirlər”.

Z.Qaralov qeyd edib ki, Azərbaycanın legitim seçilmiş prezidenti var: “Müntəzəm işləyən qanunverici təşkilatlarımız var. Ölkədə qeyri-hökumət təşkilatları onlara yaradılan azad şəraitdən istifadə edə bilir. İndi Azərbaycan iqtisadi güc olmaqla yanaşı, dünyada gedən nüfuz yarışında da yer alıb. Ona görə də Azərbaycanın Ukrayna ilə müqayisə olunması yersizdir.

Ukraynada əhalinin tərkibi tamam başqadır. Biz müstəqil unitar dövlətik. Bu dövlətin əsası da ulu öndər heydər Əliyev tərəfindən çox möhkəm qoyulub. İndi möhtərəm prezidentimiz İlham Əliyev də həmin əsasla Azərbaycanın güclü inkişafını təmin edir. İndi kimlərsə körpüləri yandırmaq istəyirsə, bu onların öz əməlləridir. Həmin adamlar indi deyil, neçə illərdir buna cəhdlər edirlər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm