Rəsulzadənin yubileyi ilə əlaqədar tədbirlər planı açıqlandı
Bizi izləyin

Qırmızı.az

Rəsulzadənin yubileyi ilə əlaqədar tədbirlər planı açıqlandı

Azərbaycan prezidenti İlham Əliyevin "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" sərəncamının icrası ilə əlaqədar tədbirlər planı hazırlanıb.

Azərbaycan prezidenti İlham Əliyevin "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" sərəncamının icrası ilə əlaqədar tədbirlər planı hazırlanıb. Plan Mədəniyyət və Turizm Nazirliyinin, Milli Elmlər Akademiyasının, Təhsil Nazirliyinin və digər aidiyyəti qurumların təklifləri ümumiləşdirilərək hazırlanıb.

Mədəniyyət və Turizm Nazirliyndən verilən məlumata görə, tədbirlər planında görkəmli şəxsiyyət və dövlət xadiminin yubiley tədbirinin, "M.Ə.Rəsulzadənin Azərbaycan dövlətçilik tarixindəki rolu" mövzusunda elmi konfransının keçirilməsi, M.Ə.Rəsulzadənin xarici ölkələrin arxivlərində olan zəngin irsi və sənədlərinin toplanılıb Azərbaycana gətirilməsi, professor Şirməmməd Hüseynovun tərtib etdiyi M.Ə.Rəsulzadənin seçilmiş əsərlərindən ibarət çoxcildliyin nəşri nəzərdə tutulur.

Bundan əlavə "Məhəmməd Əmin Rəsulzadənin ictimai-siyasi fəaliyyəti və müasirlik" mövzusunda elmi sessiyanın keçirilməsi, M.Ə.Rəsulzadənin 130 illik yubileyi ilə əlaqədar kitabxanalarda xatirə gecələrinin və kitab sərgilərinin təşkili, Türkiyə Cümhuriyyətinin Milli Kitabxanasında M.Ə.Rəsulzadəyə aid nəşrlərin faksmile sürətlərinin Azərbaycan Milli Kitabxanasına gətirilməsi, Məhəmməd Əmin Rəsulzadənin həyat və yaradıcılığını əks etdirən fotostendin hazırlanması, onun həyat və ictimai-siyasi fəaliyyətinə həsr olunmuş məqalələrin respublika KİV-lərində dərc olunması, ölkə kitabxanalarında M.Ə.Rəsulzadə irsinin tədqiqatçıları ilə görüşlərin və "Dəyirmi masa"ların keçirilməsi, Azərbaycan İstiqlal Muzeyində yubileyə həsr olunmuş "Tarixin bir səhifəsi" adlı sərginin və digər tədbirlərin təşkili nəzərdə tutulub.

Yubiley münasibəti ilə tədbirlər digər təşkilatlarda da keçiriləcək. /Anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm